Polşanın keçmiş prezidenti koronavirusa yoluxdu

6 Dekabr 2023 07:10

Polşanın keçmiş prezidenti Lex Valesa koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə o, sosial şəbəkələrdə məlumat verib.

Valesanın "Facebook" hesabında keçmiş prezidentin xəstəxana çarpayısında uzandığını əks etdirən bir foto yayımlanıb.

Foto "Mən COVID oldum" başlığı ilə paylaşılıb.

Eyni zamanda, Polşanın keçmiş prezidenti venadaxili dərmanlar qəbul edir.

Milli.Az