Şənlik mərasimində dəhşət: 7 yaralı var - FOTO

6 Dekabr 2023 07:04

Türkiyənin Balıkəsir şəhərinin Dursunbəy rayonunda şənlik mərasimində baş verən silahlı insident zamanı bir neçə nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumata görə, şübhəli şəxs M.Y.K. düşmənçilik etdiyi ailənin olduğu yerə doğru atəş açıb. Bundan sonra digər şübhəli E.K. da mərasim iştirakçılarına tüfəngdən atəş açıb.

Hadisə nəticəsində 9 nəfər yaralanıb. Yaralılar Dursunbəy Dövlət Xəstəxanasına aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinənlərdən biri saxlanılıb. Hazırda digər şübhə şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az