Bakıda bahalı qəza: BMW Mercedes ilə toqquşdu - Xəsarət alan var - FOTO

6 Dekabr 2023 06:18

Bakının Nəsimi rayonunda iki maşın toqquşub, xəsarət alan var.

Milli.Az APA-ya istinadla xəbər verir ki, qəza Həzi Aslanov küçəsində baş verib.

Belə ki, "BMW" markalı maşının sürücüsü dördyol ayrıcından keçərkən "Mercedes" markalı maşına çırpılıb.

Qəza nəticəsində "Mercedes" markalı maşında olan sərnişin xəsarət alıb.

Hadisədə "BMW" markalı nəqliyyat vasitəsinə ciddi zərər dəyib.

Fakt Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Milli.Az