Vulkan püskürməsi 22 nəfərin həyatına son qoydu

5 Dekabr 2023 20:03

İndoneziyanın Sumatra adasındakı Marapi dağında vulkanın püskürməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi məlumat yayıb.

Bildirilib ki, itkin düşən 10 nəfərdən 9-u ölü tapılıb və axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, daha əvvəl 13 nəfərin öldüyü barədə məlumat verilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun