“Bir gün mən də Messi kimi olacağam” - 16 yaşlı futbolçu

6 Dekabr 2023 05:50

"Barselona"nın futbolçusu Lamin Yamal komandanın sabiq oyunçusu Lionel Messi haqqında danışıb. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, 16 yaşlı vinger "Tuttosport"un "The Youngest" mükafatını alarkən bir gün 36 yaşlı forvardın uğurlarını təkrarlayacağına inandığını deyib: 

"Bu, beynəlxalq səviyyədə aldığım ilk mükafatdır. Mən əsl mükafat qazanmaq, daha yaxşı olmaq istərdim. Vaxtilə hətta Messi də bu mükafatın qalibləri arasında idi. 

Messi mənim kumirimdir. O, mənə ilham verdi. Mənim heç vaxt başqa kumirim olmayıb. Bir dəfə Messi ilə şəkil çəkdirmişdim - o vaxt məni tanımırdılar. Bir gün mən də onun kimi olacağam". 

Qeyd edək ki, Yamal bu mövsüm La Liqada 15 oyun keçirib, 1 qol vurub və 1 qolun ötürməsini verib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun