Azərbaycanda ağır qəza - "BMW" aşıb, bir ailənin 3 üzvü öldü

5 Dekabr 2023 19:10

Dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Dağ Göylər kəndi ərazisində "BMW" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

DİN mətbuat xidmətindən bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sürücü və sərnişinlər , Ağsu rayon sakinləri - 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər. 

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun