Rusiya prezidenti Vladimir Putinin dünya işlərində rolu fövqəladədir və onu qiymətləndirmək çətindir.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
O, ABŞ-ın "Time" jurnalının Putinin "İlin adamı" adına namizədliyi barədə qərarını şərh edərkən bildirib.
Eyni zamanda, Peskov əlavə edib ki, prezidentin özü üçün namizədliyin o qədər də əhəmiyyəti yoxdur.
Bazar ertəsi "Time" jurnalı 9 namizədin qısa siyahısını dərc etdi. Qalib Çərşənbə günü elan olunacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun