2024-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələri sualtı qayıqlarını suüstü hədəfləri vurmaq üçün nəzərdə tutulmuş "Tomahavk" raketləri ilə silahlandıracaq.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Blumberq" layihənin rəhbəri, kapitan Con Hersiyə istinadla məlumat yayıb.
"Bu, ABŞ-ın dənizlərdə Çinə qarşı mübarizə proqramının inkişafında növbəti addım olacaq. Raketlər 2024-cü il oktyabrın 1-dən "Los-Anceles" və "Virciniya" sinifli sualtı qayıqlarda yerləşdiriləcək. Onlar orta hesabla 12-dən 40-a qədər raket daşıya biləcəklər", - Hersi bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun