Bakıya qanunsuz yolla qızıl külçələr gətirildi - FOTO

5 Dekabr 2023 17:48

Qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Əbu-Dabi-Bakı aviareysi ilə birlikdə gələn üç Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı həmin şəxslərdən gömrük nəzarətindən gizlətdikləri, ümumi çəkisi 985,51 qram olan 25 ədəd qızıl külçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun