Azərbaycandan Avropaya gedən 200-dən çox şəxs GERİ QAYTARILDI

5 Dekabr 2023 17:25

Azərbaycan tərəfindən imzalanmış readmissiya sazişləri çərçivəsində cari ilin 10 ayı ərzində ölkəyə 202 şəxs readmissiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, readmissiyalar Avropa ölkələrindən həyata keçirilib.

Xatırladaq ki, ötən ay Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası tərəfindən imzalanmış readmissiya sazişləri çərçivəsində 2023-cü il ərzində 193 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.

Onlar əsasən Almaniya, İsveç, Avstriya və digər ölkələrdən geri qəbul edilmiş şəxslərdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun