Sürücülər "Zapravka"da işçini təkləyib döydülər - FOTOlar

5 Dekabr 2023 21:48

Müştərilər yanacaqdoldurma məntəqəsində işçini döyüblər.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Sancaktepe rayonundakı yanacaqdoldurma məntəqəsinin işçisi benzin doldurmaq üçün gələn iki müştəriyə avtomobilin nömrəsinin avtomobil tanınma sisteminə uyğun olmadığını söyləyib.

Bu səbəbdən müştərinin iki dostu tərəfindən dəqiqələrlə döyülüb.

Bədbəxt işçi digər işçilər tərəfindən canını çətinliklə xilas edib.

Baş verənlər yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kamerasına anbaan düşüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun