Atları ram edən gözəl: O, artıq dünya çempionudur - FOTOlar

11 Dekabr 2023 05:50

PSJ-nin baş məşqçisi Luis Enrikenin qızı Sira Martines atçılıq idmanı dünyasına yol açır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Sira artıq gənclər səviyyəsində dünya çempionudur.

O, polo (çövkən) ilə də məşğul olur.

23 yaşlı gözəl uşaqlıqdan at minir. O, dəfələrlə etiraf edib ki, atasından məsləhətlər alıb. Baxmayaraq ki, Enrike tamam başqa idman bir növüylə məşğul olur.

Sira "O, atlar haqqında heç nə bilmir, amma bir məşqçi kimi yaxşı məsləhətlər verir, mənə bir idmançı kimi yanaşır" - deyə "Marca"ya açıqlamasında bildirib.

Şəxsi həyatındakı uğurlara gəlincə, Luis Enrikenin qızı "Barselona"nın hücumçusu Ferran Torreslə görüşürdü, lakin cütlük keçən yay ayrılıb. Hazırda Sira bütün diqqətini idman karyerasına yönəldib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun