Xalq şairinin qızı vəfat etdi - FOTO

5 Dekabr 2023 16:01

Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə bu gün səhər saatlarında vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Z.Hüseynzadə uzunsürən xəstəlikdən dünyasını dəyişib.

O, sabah Ağstafa rayonunda Yenigün kənd qəbiristanlığında dəfn ediləcək.

Allah rəhmət eləsin!

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun