“Milan”ın hücumçusu mükafatlandırma mərasiminə ətək geyindi - VİDEO - FOTO

5 Dekabr 2023 15:35

"Milan"ın portuqaliyalı hücumçusu Rafael Leau İtaliyada "Gran Gala del Calcio 2023" mükafatlandırma mərasimində hamını təəccübləndirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, o, səhnəyə ətəklə çıxıb.

Leau simvolik komandada yer alıb.

Ən yaxşı hücumçu "Napoli"nin Viktor Osimhen seçilib.

Qeyd edək ki, "Gran Gala del Calcio 2023" Oskar mükafatı kimi hesab olunur və İtaliyada mövsümü ən yaxşı nəticə ilə yekun vuran oyunçulara verilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun