ARB 24 kanalı Arzu Nağıyevi efirdən sürüşdürdü – VİDEO

5 Dekabr 2023 14:44

Azərbaycan tamaşaçılarının yaddaşında gülməli açıqlamaları ilə yadda qalan deputat Arzu Nağıyev bu dəfə ənənəsini davam etdirib.

Milli.Az xəbər verir ki, ARB 24 telekanalına müsahibəsi zamanı hərbi qulluqçuların statusu və pensiya yaşı barədə danışarkən Nağıyev qəfildən efirdən uzaqlaşdırılıb. Görünür, A.Nağıyev mövzu ətrafında hazır mətni üzündən oxuyaraq o qədər uzun-uzadı, maraqsız və mənasız danışıb ki, efir redaktoru çıxışı yarımçıq saxlayıb. Nağıyevin sözü ağzında qalıb və aparıcı onunla sağollaşmadan dərhal başqa mövzuya keçib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun