Azərbaycanda içkiyə ən çox hansı bölgələr pul xərcləyir? – TAM SİYAHI

5 Dekabr 2023 14:33

Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda adambaşına düşən orta aylıq istehlak xərci 343 manat 12 qəpik olub.

Milli.Az yeniavaz.com-a istinadən xəbər verir ki, istehlak xərclərinin 1 manat 94 qəpiyini və ya 0,6%-ini alkoqollu içkilərə xərclənən vəsait təşkil edib.

Azərbaycanda alkoqollu içkilərə ən çox vəsait xərcləyən bölgə Qazax-Tovuz iqtisadi rayonu olub. Bu iqtisadi rayonda adambaşına düşən orta aylıq istehlak xərclərinin 0,9%-i (2 manat 80 qəpik) alkoqollu içkilərə sərf olunub.

Alkoqollu içkilərə ən az vəsait xərcləyən bölgə isə Abşeron-Xızı iqtisadi rayonu olub. Abşeron-Xızı iqtisadi rayonunda adambaşına düşən orta aylıq istehlak xərclərinin 0,2%-i (80 qəpik) alkoqollu içkilərə yönəldilib.

Azərbaycanda alkoqollu içkilərə sərf olunan adambaşına düşən orta aylıq vəsait və ümumi istehlak xərclərindəki pay iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub:

Bakı - 1 manat 80 qəpik (0,5%)
Naxçıvan - 1 manat 20 qəpik (0,3%)
Abşeron-Xızı - 80 qəpik (0,2%)
Dağlıq Şirvan - 1 manat 60 qəpik (0,5%)
Gəncə-Daşkəsən - 1 manat 50 qəpik (0,4%)
Qarabağ - 2 manat 10 qəpik (0,6%)
Qazax-Tovuz - 2 manat 80 qəpik (0,9%)
Quba-Xaçmaz - 2 manat 40 qəpik (0,7%)
Lənkəran-Astara - 1 manat (0,3%)
Mərkəzi Aran - 1 manat 90 qəpik (0,6%)
Mil-Muğan - 1 manat 60 qəpik (0,5%)
Şəki-Zaqatala - 2 manat 20 qəpik (0,7%)
Şərqi Zəngəzur - 2 manat 40 qəpik (0,7%)
Şirvan-Salyan - 1 manat 40 qəpik (0,4%)

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun