Aparıcıya əsəbiləşən gitara ifaçısı Rəhman dalaşıb, efiri tərk etdi – VİDEO

5 Dekabr 2023 23:45

Gitara ifaçısı Rəhman Məmmədli aparıcı Zaur Nəbioğluna efirdə əsəbiləşərək, studiyanı tərk edib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, buna səbəb "Rəngarəng səhər" proqramının aparıcısı Zaurun Rəhmana söylədiyi ""Mən, (Rəhman Məmmədlini nəzərdə tutur -red.) rəhmətlik gitara ifaçısı Rəmiş gitarası ilə belə hansısa xarici ölkədə hörmət görməyib" demək məncə düzgün deyil" sözləri olub. 

Həmin an Rəhman qarşı tərəfə qəzəblənərək bu fikirlərin ona yox, Zaurun özünə aid olduğunu bildirib və daha sonra bu sözləri dilə gətirib: 

"Bu sözləri sən deyirsən. Zaur, mənə yanlış suallar vermə. Mən səndən yaşca çox böyüyəm və nə danışdığımı da çox gözəl bilirəm. "Rəmiş gitarası ilə xarici ölkədə hörmət görməyib" sözlərini mən nə zaman söyləmişəm? Arxivi çıxar, göstər! Siz aparıcılar qalmaqalı bax, belə yaradırsınız. Nə zaman demişəm ki, Rəmiş bu hörməti görməyib?" 

Z.Nəbioğlu isə R.Məmmədliyə cavab olaraq "Demisiniz ki, Azərbaycan gitarası bu qədər hörmət görməyib" sözlərini ifadə edib. 

Gitara ifaçısı "Mən demişəm ki, Azərbaycan gitarasına bu qədər hörmət olunmamışdı. Rəmiş adını niyə yapışdırırsan sözlərimə?" deməsinə aparıcı "Çünki, Rəmiş Azərbaycanda gitaranın banisidir" deyib. 

Bundan sonra Rəhmanən "Mən çox böyük səhv etdim, sənin verilişinə gəldim. Artıq əsəbiləşdim..." sözlərindən sonra efir rejissoru tərəfindən sənətçinin mikrofonu söndürülüb. 

Gitara ifaçısı ayağa qalxaraq sərt şəkildə masada olan gitarasını götürərək "Mən özümə dəyər və hörmət qoyan insanam" sözləri ilə efiri tərk edib. Onun arxasıyca gələn aparıcı Zaur sənətçinin efirdən getməsinin qarşısını almaq istəsə də, heç bir nəticə verməyib. Rəhman Məmmədli əsəbi halda studiyanı tərk edib. Verilişdə baş verən qalmaqallı hadisəni təqdim edirik: 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun