Qızılcadan vəfat edən 9 yaşlı uşağın son sözləri ürək dağladı – VİDEO

5 Dekabr 2023 19:22

ARB TV-nin "Günə Son" verilişinin çəkiliş heyəti bir neçə gün əvvəl dünyasını dəyişən 9 yaşlı Rinat Cahangirlinin evində olub.

Milli.Az xəbər verir ki, Rinatın qızılcadan dünyasını dəyişməsi ehtimal olunur.
 
Babası ölümü ilə bağlı təfərrüatları bizə danışdı: "Bədənində səpkilər var idi. İki gün olar ki, xəstəxanadan çıxarılmışdı. Qızdırması elə də çox olmurdu. Rinatın son sözlərini söyləyən babası göz yaşlarını saxlaya bilmədi - "Anasını və nənəsini çağırdı ki, mən ölürəm, gəlin görüşək deyib hər ikisini öpüb canını tapşırdı" - deyə o, bildirib.
 
Daha ətraflı video məlumatı təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun