2024-cü ildə inflyasiyanın bir rəqəmli olacağı proqnozlaşdırılır – Baş nazir

5 Dekabr 2023 12:00

Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanıb, inflyasiya tempi azalıb.

Milli.Az-ın məlumatına görə, bunu Baş nazir ƏIi Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Ə.Əsədov qeyd edib ki, Azərbaycanın valyuta ehtiyatları 68.3 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-nin 97 faizinə bərabərdir.

"Hökumətin anti-inflyasiya tədbirləri, məzənnə sabitliyinin tənzimlənməsi nəticəsində inflyasiya tempi azalıb. 2024-cü ildə inflyasiyanın bir rəqəmli olacağı proqnozlaşdırılır. İnflyasiyanın qarşısının alınması və məqbul səviyyədə saxlanılması istiqamətində tədbirlər davam etdiriləcək", - deyə o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun