Bakıda 13 yaşlı oğlan yoxa çıxdı

5 Dekabr 2023 13:34

Bakıda yeniyetmə itkin düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Binə Südçülük Sovxozunda yaşayan 13 yaşlı Heydərov Ömər Səyyad oğlu evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun atası polisə müraciətində bildirib.

Hazırda faktla bağlı Suraxanı rayonu Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun