Abşeronda ağır qəza: ölən var

5 Dekabr 2023 09:43

Abşeron rayon sakini avtomobilini işıq dirəyinə çırpıb, hadisə yerində ölüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, hadisə Xocəsən qəsəbəsində, Qobu yaşayış massivində baş verib.

VAZ-21074 markalı avtomobilin sürücüsü Asif Müslüxan oğlu Məlikov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun