Dilan Polatdan sonra onlar da saxlanıldı - FOTOlar

5 Dekabr 2023 08:17

Çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs edilən Dilan Polatın köməkçisi Özbəkistan əsilli Şule nəzarətə götürülüb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Şule ilə yanaşı Dilan Polatın həbsindən sonra villasında məskunlaşan Özbəkistandan olan qohumu da saxlanılaraq polisə gətirilib.

Yoxlamalar zamanı Şulenin vətəndaşlıq vaxtının bitdiyi, Nərgiz K.-nin isə 9 ay əvvəl ölkəyə turist vizası ilə daxil olduğu və ölkədə qeyri-qanuni yaşadığı müəyyən edilib.

Onların işinə baxıldıqdan sonra hər ikisi ölkədən deportasiya ediləcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun