Qəzzada 2 məktəb vuruldu - Azı 50 nəfər öldü

5 Dekabr 2023 07:22

İsrailin hərbi hava qüvvələri Qəzzada iki məktəbə hücum edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə WAFA məlumat yayıb.

Bildirilib ki, nəticədə azı 50 nəfər həlak olub, yüzlərlə insan isə yaralanıb.

Yaralılar Baptist xəstəxanasına çatdırılıb.

Milli.Az