İsrail ordusu "Hizbullah"ın hərbi qərargahına zərbə endirdi

4 Dekabr 2023 19:16

İsrail Müdafiə Ordusu Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah"ın infrasturktur və hərbi əməliyyatlar üzrə binasına hava zərbəsi endirib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Bildirilib ki, dekabrın 4-də keçirilən əməliyyat qırıcılar və zərbə PUA-ları tərəfindən reallaşıb.

Məlumata görə, Livandan İsrail ərazisinə raket buraxılıb. İsrailin Müdafiə Ordusu cavab zərbəsi endirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun