Deputat bahalı maşına görə mandatından məhrum edildi

4 Dekabr 2023 18:49

Çelyabinsk vilayətində Naqaybak rayonunun Ostrolenskoye kəndindən olan deputat bahalı avtomobilə görə səlahiyyətlərindən məhrum edilib. 

Milli.Az lent.az-a istinadla bildirir ki, bu barədə vilayət prokurorluğunun saytında məlumat verilib.

Prokurorluqdan bildirildiyi kimi, 2022-ci ildə deputat dəyəri ailəsinin əvvəlki üç ildəki gəlirindən çox olan avtomobil alıb. Eyni zamanda, siyasətçinin bəyannaməsində alış-veriş əməliyyatı haqqında məlumat yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun