Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar dəyişdi

4 Dekabr 2023 17:34

Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları"nda dəyişiklik edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin və XRİTDX-nin (dövlət qurumlarına münasibətdə) kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə hüquqları artırılır.

Dövlət Təhlükəsizliyi Xidmətinin və XRİTDX-nin (dövlət qurumlarına münasibətdə) kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə hüquqları sırasına kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb etmək hüququ da əlavə olunur.

Milli.Az