Ermənistanda insanlara silah gəzdirməyə icazə veriləcək

4 Dekabr 2023 16:48

Ermənistanda insanlara sərbəst şəkildə silah gəzdirməyə icazə veriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim "Mülki müqavilə" partiyasının deputatı Vilen Qabrielyan bildirib.

O qeyd edib ki, parlamentin müdafiə və təhlükəsizlik komitəsi bununla bağlı müvafiq qərar qəbul edib.

Deputat bildirib ki, məqsəd korrupsiya təzahürlərinin aradan qaldırılması, qanunsuz silahların sayının azaldılması və onların tədricən qeyri-qanuni dövriyyədən çıxarılmasıdır.

"Əqli sağlamlığı yerində olan insanlar müvafiq lisenziyaya sahib olduqdan sonra odlu silah gəzdirə biləcəklər", - V. Qabrielyan söyləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun