İsrail ordusu HƏMAS-ın komandirini öldürdü

4 Dekabr 2023 16:29

İsrail ordusu HƏMAS-ın komandirlərindən biri olan Heitham Huvajarini öldürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, Heitham Huvajari HƏMAS-ın Şati batalyonunun komandiri idi.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun