Zalujnının istəyi Pentaqon rəhbərini şoka saldı

4 Dekabr 2023 16:07

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ABŞ müdafiə naziri Lloyd Ostindən Ukraynanın işğaldan azad edilməsi üçün 17 milyon mərmi və 350-400 milyard dollar istəyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Ukrayinska pravda" nəşri mənbəyə istinadən məlumat yayıb.

"Amerikalı qonağa bu rəqəmlər, eləcə də Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının uzunmüddətli planlaşdırma ilə bağlı ilkin fikirləri təqdim olunub. Ostinə 17 milyon mərmi ehtiyacı barədə deyəndə çox təəccüblənib, çünki bütün dünyadan o qədər mərmi toplamaq olmaz", - mənbə bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun