Azərbaycanda lisey tikintisində bədbəxt hadisə - FOTO

4 Dekabr 2023 15:00

Lənkəran Peşə liseyinin tikintisində bədbəxt hadisə baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, lisey üçün inşa olunan binada fəhlə kimi çalışan Bakı sakini, 1985-ci il təvəllüdlü Rəşid Şahbudaqov müvazinətini itirərək yerə yıxılıb.

O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun