Erməni əsgəri güllə yarası aldı - Araşdırma gedir

4 Dekabr 2023 13:41

Dekabrın 4-də saat 02:50 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsinin N saylı hərbi qulluqçusu güllə yarası alıb.

Milli.Az yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətində məlumat yayıb.

Hərbçinin səhhətinin vəziyyəti stabil və ağır qiymətləndirilir. Hazırda onun həyatı üçün təhlükə yoxdur.

Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun