Patrik Kluyvert Türkiyə klubundan getdi

4 Dekabr 2023 13:52

Türkiyə Superliqasının iddialı komandası "Adana Dəmirspor" baş məşqçisi Patrik Kluyvertlə yollarını ayırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Trendyol Super Liqasının 14-cü həftəsində evdə "Yılport Samsunspor"a 3:2 hesabı ilə uduzan "Adana Dəmirspor"da son dəqiqədə hadisə yaşanıb. 

"Ajansspor"da yer alan xəbərə görə, baş məşqçi Patrik Kluivertlə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun