Təbrizdə bütün məktəblər bağlandı - SƏBƏB

4 Dekabr 2023 12:17

Havanın çirklilik səviyyəsinin təhlükəli həddə olması və əyalətin Fövqəladə Hallar Komitəsinin xəbərdarlığı səbəbindən dekabrın 4-də Təbriz, Üskü, Səhənd şəhərləri və ətraf kəndlərinin bütün məktəbləri bağlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Şərqi Azərbaycanın Təhsil İdarəsi məlumat yayıb.

Bununla yanaşı, həssas yaş qrupundan olan insanların - qocaların, uşaqların və xəstələrin evdə qalmaları tövsiyə olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun