Ziraat Bank Azərbaycan Bankkart ilə kredit və debet kartlarını tək kartda birləşdirdi! - VİDEO

4 Dekabr 2023 12:20

Müştəri məmnuniyyətini özünün əsas prioritetinə çevirmiş Ziraat Bank Azərbaycan məhsul və xidmət çeşidliliyini artırmağa davam edir. Bu dəfə bank kredit və debet kart xüsusiyyətlərini tək kartda birləşdirən yeni Bankkart Kredit Kartı məhsulunu müştərilərinin istifadəsinə təqdim edib. 

Kart VISA və Mastercard olmaqla 1, 3, 5 il müddətinə sadə və platinum növlərində təqdim edilir.

Kredit və debet funksionalını özündə birləşdirən yeni məhsul, müştəriləri çox sayda kart daşımaqdan azad edərək, xərcləmələrinə 40 günədək  güzəşt müddəti, 12 ayadək taksitləndirmə və keşbek qazanma imkanı verir. Həmçinin müştərilər bankın partnyorlarında 12 ayadək faizsiz ödəmədən də faydalana biləcəklər. 

Bankkart Taksitli kredit kartının üstünlükləri bununla da bitmir:

Bir çox funksionalın bir arada toplandığı yeni Bankkart Taksitli kredit kartına sahib olmaq istəyən müştərilər bankın istənilən filialına yaxınlaşaraq sifarişini bir neçə dəqiqə ərzində həyata keçirə bilərlər. 

"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.