Təhsil Nazirliyində növbəti kadr təyinatı olub.
Milli.Az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, nazir Emin Əmrullayevin müvafiq əmri ilə Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov tutduğu vəzifəsindən azad olunub.
Digər əmrlə o, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Bu barədə məlumat qurumdan saytımıza təsdiq edilib.
Qeyd edək ki, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə hələki təyinat yoxdur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun