Rusiya ABŞ-ın bu texnikasını ələ keçirdi: İlk dəfə

4 Dekabr 2023 10:42

Rusiya hərbçiləri ilk dəfə ABŞ-ın "Bradley" piyada döyüş maşınını qənimət götürdülər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Rybar" Telegram kanalı məlumat verib.

Bildirilir ki, döyüş maşını arxa cəbhəyə təhlükəsiz şəkildə təxliyə edilib .

Kanalın məlumatına görə, döyüş maşını Ukrayna Silahlı Qüvvələrinin 47-ci mexanikləşdirilmiş briqadasına məxsus olub.

"Bradley" piyada döyüş maşınlarının Ukraynaya verildiyi bu ilin əvvəlində elan edilib. Ukrayna Silahlı Qüvvələrinin hazırda bir neçə yüz texnikası var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun