"Altın Kelebek" onların oldu - FOTOlar

4 Dekabr 2023 10:00

 49-cu Pantene "Altın Kelebek" mükafatı bu il də öz qaliblərini tapıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ən yaxşı qadın aktrisa mükafatını "Yargı" serialına görə Pınar Dəniz, ən yaxşı aktyor mükafatını isə Salih Bademci alıb.

Kanal D-də yayımlanan Yalı Çapkını serialı "Ən yaxşı serial" mükafatına layiq görülüb.

"Ən yaxşı serial cütlüyü" mükafatı Serenay Sarıkaya və Kıvanç Tatlıtuğ "Ailə" serialına görə alıblar.

Özge Yağız, Sıla Türkoğlu, Simay Barlas və Caner Topçu "Parlayan Ulduzlar" mükafatına layiq görülüblər.

"Ən yaxşı komediya serialı aktrisası" mükafatını "Güzel Günler" serialına görə Ecem Erkek, "Ən yaxşı komediya serialı aktyoru" mükafatını isə "Ayak İşleri" serialına görə Çağlar Çorumlu alıb.

Güldür Güldür Şou "Ən yaxşı komediya serialı" seçilib.

"Ən Yaxşı Romantik Komediya" serialı qadın və kişi aktyor mükafatları açıqlanıb. 

"Ən yaxşı romantik komediya serialı aktrisası" mükafatı Hafsanur Sancaktutana, "Ən yaxşı romantik komediya serialı aktyoru" mükafatı isə Kerem Bürsinə verilib. "Ən yaxşı romantik komediya serialı" "Ya Çok Seversin" serialı olub.

"Ən Yaxşı Qadın Müğənni" mükafatını Melike Şahin "Ən yaxşı Kişi Müğənni" mükafatını Edis, "Ən Yaxşı Repper" mükafatını Blok3, "Ən Yaxşı Musiqi Qrupu" mükafatını Madrigal, "Ən Yaxşı Yeni Gələn Müğənni" mükafatını Semiçenk alıb. 

"Ən Yaxşı Yarışma" MasterChef Türkiyə, "Ən Yaxşı Gündüz Proqramı" Esra Erol, "Ən Yaxşı Qadın Aparıcı" Müge Anlı seçilib.

Qeyd edək ki, Nəcibə Əhmədi, Kəmalə Piriyeva və Samirə Əfəndi "Azərbaycanın Parlayan Ulduzu" mükafatına layiq görülüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun