İndoneziyanın Sumatra adasında vulkanın püskürməsi nəticəsində azı 11 nəfər həyatını itirib.
Milli.Az report-a istinadən xəbər verir ki, 3 nəfər sağ tapılsa da, 12 nəfərin axtarışları aparılır.
Dekabrın 3-də Sumatrada Marapi vulkanı püskürüb. İlkin məlumatlara görə, vulkanın külü 15 min metrdən çox hündürlüyə qalxıb.
Milli.Az