Salyanda dəm qazından boğulanlarla bağlı tükürpədən fakt

4 Dekabr 2023 08:10

Salyanda dəm qazından boğularaq ölən iki nəfər hərbçi imiş.

Milli.Az baku tv-yə istinadla bildirir ki, onlar rayon ərazisindəki hərbi hissələrin birində xidmət edibmiş.

Dünyasını dəyişənlər eyni evdə kirayədə yaşayıb.

Qonşunun sözlərinə görə, onlar yaşadıqları evə yeni köçübmüş.

Milli.Az