Qırmızı dənizdə gəmilərə hücum olub

4 Dekabr 2023 07:50

ABŞ Müdafiə Nazirliyi Qırmızı dənizdə bir Amerika döyüş gəmisinə və bir çox ticarət gəmisinə hücum edildiyini açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Pentaqondan verilən yazılı açıqlamada Qırmızı dənizdəki hücumların İsrailin Qəzzaya hücumları ilə əlaqəli ola biləcəyi bildirilib.

"Biz Qırmızı dənizdə gəmilərə hücumlardan xəbərdarıq və məlumat əldə olunduqca paylaşacağıq", - deyə Pentaqonun açıqlamasında bildirilir.

Açıqlamada sözügedən hücumların kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.

Milli.Az