Bakıda ağır qəza - xəsarət alan var - FOTO

4 Dekabr 2023 07:07

Bakının Binəqədi rayonunda iki maşının toqquşması zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, "Toyota" markalı maşının sürücüsü "Stop" nişanının tələbinə əməl etməyib.

Sürücü dördyol ayrıcından keçərkən "Mitsbushi" markalı maşına çırpılıb.

Qəza nəticəsində "Toyota" da olan sərnişin xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az