Mindanao Universitetində dəhşət: Xeyli ölən və yaralanan var - FOTO

4 Dekabr 2023 07:01

Filippinin cənubunda universitetin idman zalında baş verən partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Manila Times" məlumat yayıb.

Maravi şəhərində Mindanao Dövlət Universitetinin idman zalının binasında baş verən partlayışda 46 nəfərin yaralandığı bildirilir.

Reuters agetliyinin məlumatına görə, hücuma görə məsuliyyəti İslam Dövləti öz üzərinə götürüb.

Milli.Az