Binada yanğın: Uşaqlar öldü, ata yaralandı - VİDEO

4 Dekabr 2023 00:37

Moskvanın mərkəzindəki çoxmərtəbəli binada yanğın olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə REN TV məlumat yayıb.

Biblioteçnaya küçəsində baş verən yanğında iki uşaq ölüb. 

Hadisədə ölən uşaqların atası ağır xəsarət alıb.

Moskva prokurorluğu hadisəni araşdırır.

İlkin məlumatlara görə, yanğın yaşayış binasının 10-cu mərtəbəsindəki mənzildə baş verib.

Milli.Az