İsrail Qəzzaya 10 mindən çox zərbə endirdi

3 Dekabr 2023 21:24

İsrail Hərbi Hava Qüvvələri anklavda hərbi əməliyyatlar başlayandan bəri Qəzza zolağına 10 mindən çox hava zərbəsi endirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələr İsrail Müdafiə Qüvvələrinin quru bölmələri ilə koordinasiya əsasında endirilib:

"Hərbi heyət tapşırıqları qısa zamanda yerinə yetirərək terrorçu qruplaşmaları, terror infrastrukturunu, komanda mərkəzlərini, tunel şaxtalarını, silah anbarları və s. məhv edib", - deyə bildirilib.

Milli.Az