Xəbər verdiyimiz kimi, İsrail Qəzzanın dərinliklərində "bufer zona" yaratmağı planlaşdırır. Bunu "Times of Israel" məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yazıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın bu plandan xəbərdar olduğu iddia edilib.
"The Times of Israel" qəzetinə danışan başqa bir İsrail rəsmisi bu iddianı təsdiqləyib.
"Müharibə bitəndə Qəzzanı necə görmək istədiyimizlə bağlı müzakirələr gedir. Müdafiə qurumu sərhəd yaxınlığında hərbi imkanlar toplamaqla HƏMAS-ın qarşısını almaq, sərhədin Qəzza tərəfində bir növ təhlükəsizlik buferi yaratmaqdan danışır. Bu, siyasi tədbir deyil, təhlükəsizlik tədbiridir. Biz sərhədin Qəzza tərəfində qalmaq niyyətində deyilik", - deyə anonimlik şərti ilə danışan İsrail rəsmisi deyib.
Milli.Az