Mərdəkan yolunda iki avtomobil toqquşdu: Tıxac yarandı - FOTO

3 Dekabr 2023 18:39

Mərdəkan yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, hərəkətdə olan "KIA Rio" markalı avtomobil "Opel Astra" ilə toqquşub.

Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Avtomobil sürücüləri xəsarət alıblar.

Qəzadan sonra magistral yolda digər avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun