Qar fırtınası: Münhendə 560 reys ləğv edildi

3 Dekabr 2023 18:00

Qar fırtınası səbəbindən Almaniyanın Münhen hava limanı dekabrın 3-də 880-ə yaxın planlaşdırılmış reysdən 560-nı ləğv edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Münhen hava limanından bildirilib.

"Hava səyahətinə məhdudiyyətlər qalacaq. Buna görə də bu gün yola düşəcək səyahətçilərə hava limanına getməzdən əvvəl öz aviaşirkətləri ilə əvvəlcədən əlaqə saxlamalarını və uçuşun vəziyyətini yoxlamalarını tövsiyə edirik", - məlumatda qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun