Teylor Svift gizlicə ərə gedib?

4 Dekabr 2023 06:32

Amerikalı məşhur müğənni Teylor Sviftin nümayəndəsi Tri Peyn onun toyu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin meneceri ifaçının 2020-2021-ci illərdə Britaniyada Co Elvinlə gizlicə evlənməsi haqda məlumatları təkzib edib:

"Toy olmayıb, bu, əsassız bəyanatdır! Bu cür yazıların səbəb olduğu ağrı və travmaya görə məsuliyyət daşımağın vaxtıdır".

Qeyd edək ki, 2016-cı ildən münasibətə başlayan Elvin və Svift bu il ayrıldıqlarını elan ediblər. Sənətçi hazırda 33 yaşlı futbolçu Travis Kelsi ilə eşq yaşayır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun