Azərbaycanda kirayədə yaşayan iki oğlan faciəvi şəkildə öldü

3 Dekabr 2023 13:34

Salyanda iki nəfər dəm qazından boğularaq ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Salyan şəhərində qeydə alınıb. Kirayədə yaşayan 25 və 28 yaşlı iki kişi evdə dəm qazından boğularaq ölüb.

Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğludur.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun