Filippində universitetdə terror aktı olub, ölən və yaralananlar var

3 Dekabr 2023 09:31

Filippinin cənubunda universitetin idman zalında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən "Manila Bulletin" məlumat yayıb.

"Dekabrın 3-də Maravi şəhərində kütləvi aksiya zamanı partlayış baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb", - məlumatda deyilir.

Portalın məlumatına görə, partlayış Mindanao Dövlət Universitetinin binasında katolik mərasimi zamanı baş verib.

Polisin məlumatına görə, hazırda qumbara, yoxsa əldəqayırma partlayıcıdan istifadə edildiyi məlum deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun